10 C
Baku
Thursday, December 12, 2024

Qazaxıstan may ayında “OPEC+” üzrə öhdəliyini bir qədər aşıb

Qazaxıstan may ayında neft hasilatı üzrə “OPEC+” öhdəliyini 100,5 % səviyyəsində yerinə yetirib.

Bu barədə ölkənin Energetika Nazirliyinin məlumatında deyilir.

“İlkin məlumata görə, may ayında Qazaxıstan Respublikasında 7,3 milyon barel neft hasil olunub. Gündəlik hasilat 1,470 milyon barel olub. Qazaxıstan “OPEC+” üzrə öhdəliyinə riayət etməyi planlaşdırır”, – deyə məlumatda deyilir.

Daha əvvəl Qazaxıstanın “OPEC+” çərçivəsində may ayı üzrə öhdəliyininin gündəlik 1,463 milyon barel olduğu bildirilirdi.

Son xəbərlər
Digər xəbərlər