6 C
Baku
Sunday, December 15, 2024

Mərkəzi Bank Ağalarovun Azərbaycandakı ‘biznes budağını’ cərimələyir

Rusiyialı milyarder Araz Ağalarovun biznes Azərbaycankı budaqlarından biri Mərkəzi Bank tərəfindən cərimələnir.

Bu barədə Banker.az-a məlumat daxil olan mənbələrin qeydlərində bildirilir.

“CrocusGroup”un Azərbaycandakı törəməsi “Crocus Trading” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilən cərimə protokolu bu gün, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilib. Bu maddə İXM-də valyuta tənzimi qaydaları pozulmasına görədir.

Belə ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.

Sahibkar müqavilə bağlayaraq, xarici şirkətə ödəniş edib, sövdələşdiyi vaxt yox, 2 il müddət çərçivəsində malı həmin şirkətdən ya almalı, ya da ödədiyi maliyyə vəsaitini geri qaytarmalıdır. Bunlara əməl etmək mümkün olmadıqda isə sahibkarlara Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən, müqavilə məbləğinin 20-30 faizi civarında cərimə protokolu tərtib olunur.

“Crocus Trading” 2010-cu ilin martında yaradılıb. Şirkətin direktoru Azərbaycan əsilli rusiyalı milyarder Araz Ağalarovun yaxın qohum sayılan Cəmilə Ağalarovadır.

C.Ağalarova, Azərbaycanda fəaliyyət göstərən “Crocus Construction”, “Crocus Event Baku”, “Crocus Fitness”, “Crocus Plus” və “Crocus İnteriors” MMC kimi şirkətlərə rəhbərlik edir.

Son xəbərlər
Digər xəbərlər