13 C
Baku
Saturday, November 23, 2024

Şirkət və vətəndaşların gəlir vergilərinin böyüməsi büdcə gəlirlərini kəskin azalmadan xilas edir

2021-ci yanvar-aprel aylarında dövlət büdcəsinin gəlirləri 1.36 milyard manat (14.2%) azalıb.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.

Azərbaycanda şirkətlərin mənfəət (gəlir) vergisi üzrə ödənişlərinin 2021-ci ilin ilk 4 ayındakı həcmi 188.32 milyon manat artıb.

2021-ci ilin yanvar-aprel ayları ərzində dövlət büdcəsinə 1 milyard 487.22 milyon manat hüquqi şəxslərin mənfəət vergisindən ödənişləri təşkil edib. Bu isə öncəki ildən 14.5% öncəki ildən çoxdur.

Fiziki şəxslərin gəlir vergisi üzrə ödənişləri isə 2021-ci ildə  20.58 milyon manat, yaxud 5.73% artımla  379.79 milyon manata qədər artmışdır.

Dövlət büdcəsinin əsas gəlir mənbəyi olan ƏDV-dən daxilolmalar  Əlavə dəyər vergisi 45.9 milyon manat (2.7%) azalma ilə 1 624.56 milyon manata, sadələşdirilmiş vergi 11.1 milyon manat (9.3%) azalmaqla 108.84 milyon manata, əmlak vergisi 3.8 milyon azalmaqla (6.4%) 55.63 milyon manata, aksizlər üzrə 42.49 milyon (14.5%) azalmaqla 336.35 milyon manata düşmüşdür.

 

Dövlət büdcəsinin gəlirləri 2021-ci ilin yanvar-aprel ayları
 Gəlir, mln. ₼  İllik fərq, mln. ₼  İllik dəyişmə
 Gəlirlər – cəmi           8,235.40 – 1,360.18 -14.2%
 o cümlədən: 
 Fiziki şəxslərin gəlir vergisi             379.79          20.58 5.7%
 Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi          1,487.22       188.32 14.5%
 Torpaq vergisi                  7.48            3.19 74.4%
 Əmlak vergisi                55.63 –         3.80 -6.4%
 Əlavə dəyər vergisi          1,624.56 –       45.90 -2.7%
 Sadələşdirilmiş vergi             108.84 –       11.10 -9.3%
 Aksiz             336.35          42.49 14.5%
 Yol vergisi                35.16            0.78 2.3%
 Mədən vergisi                43.95            0.14 0.3%
 Xarici iqtisadi fəaliyyətlə bağlı vergilər             413.82          28.90 7.5%
 Digər daxilolmalar          3,742.60 – 1,583.78 -29.7%

 

Son xəbərlər
Digər xəbərlər