12 C
Baku
Sunday, September 29, 2024

Saxta əmək müqavilələri bağlayıb, onların karantində sərbəst hərəkətləri üçün adını “portala” salıb

“Əmlakin Qiymətləndirilməsi” MMC-nin rəhbəri Ruhin Qaraşovun xüsusi karantin rejiminin tələblərinə zidd olaraq Yevlax rayonu və ona ətraf rayonlarda yaşayan ümumilikdə 360 nəfər şəxsin karantin rejimi dövründə sərbəst hərəkət etmələrinə imkan yaratmaq üçün həmin şəxslərin adlarına saxta əmək müqavilələri bağlayaraq 2020-ci ilin avqust-dekabr aylarında tamah niyyəti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil etmişdir.

Banker.az xəər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Faktla bağlı Yevlax rayon prokurorluqlarında Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə ) maddələri ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə Yevlax rayon Polis Şöbəsinə göndərilmişdir.

Ruhin Qaraşov təqsirləndirilən şəxs qismində cəlb olunmuş və rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda istintaq davam etdirilir.

Son xəbərlər
Digər xəbərlər