22 C
Baku
Friday, September 20, 2024

“Hyundai” dəyəri $1.1 mlrd. olan “Boston Dynamics”in 80%-ni alıb – Video

“Hyundai” şirkəti 1.1 milyard dollar dəyərində qiymətləndirilən “Boston Dynamics”in 80%-ni alıb.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Bildirildiyi kimi, daha 20% şirkətin keçmiş sahibi “Softbank” holdinqinin əlində qalıb. Beləliklə, Koreya şirkəti “Boston Dynamics”in “Google” və “SoftBank”dan sonra üçüncü sahibi olub.

Xatırladaq ki, “Hyundai” robotları komponent istehsalı, inşaat və avtomatlaşdırma prosesinə inteqrasiya etməyi planlaşdırır. Hələki şirkətin “Boston Dynamics”dəki payını kiməsə satacağı barədə heç bir məlumat yoxdur. Avtomobil istehsalçısının reklam rolikində robotlar insanlara müxtəlif gündəlik vəzifələri yerinə yetirirlər: məsələn, əlilləri və yaşlıları müşayiət edirlər.

2020-ci ilin dekabrında “Hyundai” “Boston Dynamics” şirkətini aldığını açıqlayıb. Həmin dövrdə robot istehsalçısı 1.1 milyard dollar dəyərində qiymətləndirilib.

Son xəbərlər
Digər xəbərlər