Dünya bazarlarında neftin qiyməti ucuzlaşmaqda davam edir
Beynəlxaq energetika agentliyinin dünyada yanacağa olan tələbatın artması üzrə neqativ proqnozu fonunda dünya bazarlarında neftin qiyməti ucuzlaşmaqda davam edir.
Tədarükü mart ayında həyata keçirləcək WTI markalı neftin bir barrelinin qiyməti 50,64 dollara qədər ucuzlaşıb.
Brent markalı “qara qızıl”ın dəyərinin azalması isə 2,5 faizə çatıb və onun bi barrelinin qiyməti 56,88 dollar təşkil edib.
Qeyd edək ki, fevralın 8-də neft kəskin şəkildə bahalaşmışdı. Ekspertlər bildirirlər ki, neftin iki həftə ərzində bahalaşması, ilk dəfə 1998-ci ildə müşahidə olunmuşdu.