“Huawei” və “Porsche” şirkətləri 7 nəfərlik yolsuzluq avtomobili hazırlayırlar. Bildirildiyi kimi, avtomobil minimum iki versiyada təqdim ediləcək: baza versiyası 46 min dollar, premium versiyası isə 77 min dollar qiymətinə olacaq.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Nəqliyyat vasitəsi “Porsche” tərəfindən istehsal ediləcək və Çinin texnoloji nəhəngi “Huawei”in proqram təminatı ilə təchiz ediləcək.
Xatırladaq ki, “Huawei” və “Porsche” daha əvvəl də “Huawei Mate” smartfonların buraxıldığı dövründə əməkdaşlıq ediblər.