Budur, bir çoxlarının səbrsizliklə gözlədiyi, bəziləri üçün isə sıradan bir gün olan 14 Fevral Sevgililər günü artıq yaxınlaşır. Hər kəsin ağlında demək olar ki, “nə hədiyyə alacam?” deyə suallar yaranır. Bir çox mağazalar isə bayram ilə əlaqədar olaraq endirim kampaniyalarına start veriblər.
Həmçinin banklar da bir –birini təbrik etmək istəyən cütlüklərə, hədiyyə ala bilmələri üçün bir sıra endirim kampaniyalarına start verib. Lakin, çox təəssüflər olsun ki, bu bankların siyahısı bir o qədər də çox deyil. Digər bayramlardan fərli olaraq, 14 Fevralda sevgililər üçün sadəcə 5 bank endirimlər edib.


Belə ki, 14 fevral Sevgililər günü ilə əlaqədar Bank of Baku -nun Bolkart sahibləri Fevral ayının 13-dən 15-dək kartları ilə hər hansı məhsulu alıb, onun dəyərini 14 ayadək ödəmək imkanı qazana bilər.
Beləliklə, siz 3, 6 və ya 12 ay ödənişli mağazada cari il 13-15 fevral tarixlərində alış-veriş edəcəyiniz təqdirdə əlavə 2 ay hədiyyə qazanaraq, malın dəyərini 5, 8 və 14 aya bölüb ödəmək imkanı əldə edəcəksiniz. Bu kampaniya yalnız 1 aylıq ödəmə müddətli mağazalara şamil edilmir.

Beləliklə, kampaniya şərtlərinə əsasən, əgər siz Worldcard sahibisinizsə 15 fevrala kimi seçilmiş World Üzv Ticarət Obyektlərindən 30 manat və üzəri alış-veriş edərkən, ödəməyə 2 ay sonra başlama şansını əldə edə bilərsiniz.
Endirim edən növbəti bank isə Expressbank-dır. Belə ki, əgər siz Expressbank-ın kart 
Bank Respublika isə plastik kart sahiblərinə İdeal Parfümeriya və kosmetika mağazaları şəbəkəsi Sevgililər Günü ilə əlaqədar olaraq 40%-dək endirim edir. Həmçinin, PayKart-dan 10% bonus hədiyyə olunacaq. Kampaniya 9-16 fevral tarixlərində aktivdir.
Qeyd edək ki, 14 Fevral 270-ci ilində Valentinenin ölüm günü, o gündən sonra Sevgililər Günü olaraq qeyd olunmağa başlanmışdır. Həmin gündən etibarən isə 14 Fevral “Valentin günü” kimi bütün dünya ölkələrində qeyd olunur. Bu gün, bütün sevgililər bir –birinə hədiyyə alırlar. Qısacası, bu xüsusi gündə yanınızda həqiqətən sevdiyiniz birinin olması və sevginizin qarşılığının olduğunu bilmək hər halda bütün hədiyyələrdən dəyərlidir.
Sonda isə, bütün sevgililər qarşıdan gələn gününüz mübarək olsun.








