Bu ilin may ayında Azərbaycan 7.2 milyon ABŞ dolları dəyərində ilkin formalı polipropilen ixrac edib.
Banker.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın iyun sayında bildirilir.
Belə ki, bu, ötən ilin may ayı ilə müqayisədə 1.7 milyon ABŞ dolları və yaxud 30.9 % çoxdur.
Yanvar-may aylarında isə 44.2 milyon ABŞ dolları dəyərində ilkin formalı polipropilen ixrac edilib ki, bu da ötən ilin yanvar-may ayları ilə müqayisədə 17.7 milyon ABŞ dolları və yaxud 66.8 % çoxdur.
Qeyd edək ki, polipropilen “SOCAR Polymer”in illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodunda istehsal edilir.