Türkiyenin karqo şirkəti MNG Kargo şirkətinin satışına start verilib.
Banker.az xəbər verir ki, 2003-cü ildə MNG Holdingin iştirakı ilə yaradılan “MNG Kargo”da “Turkven” şirkətinin 70%, Sancak ailəsinin 30% payı var.
Qeyd edək ki, Şirkətin Türkiyə ərazisində 871 filialı fəaliyyət göstərir, 2600 nəqliyyat vasitəsi və 8000-dən çox işçisi var.