Unibank, biznes sahiblərinə xidmət göstərən ən böyük biznes filialını açdı. “Unibank- Biznes Mərkəzi” adlanan filial, həm kiçik və orta və həmçinin iri biznes sahibləri üçün bank xidmətləri təklif edir. Xətai metrostansiyasının yaxınlığında, Xocalı prospekti 44 ünvanında yerləşən filial digər biznes filiallarından öz böyüklüyünə və daha geniş çeşidli bank xidmətləri və məhsulları ilə fərqlənir. Biznes mərkəzində innovativ məhsulların təklifi və müştərilərin tələblərinə individual olaraq uyğunlaşdırılmış qeyri-standart məhsulların işlənib hazırlanaraq təqdim edilməsi nəzərdə tutulur. Filial korportiv müştərilərə hüquqi dəstəklə yanaşı, konsultasiya, layihələrin maliyyə ekspertizası xidmətləri də göstərəcək.
“Unibank -Biznes Mərkəzi”ndə xarici maliyyə instutlarının vəsaitləri hesabına layihələrin maliyyələşdirilməsi geniş tətbiq olunacaq. Filial biznes sahibləri üçün müxtəlif bank məhsulları və xidmətləri göstərməklə yanaşı, müştərilər üçün xüsusi tədbirlər keçirməklə onlar arasında biznes əməkdaşlığının yaranmasına da öz töhvəsini verəcək.
Real sektora diqqətini günü-gündən artıran Unibank, ilk dəfə olaraq, yalnız bizneslə məşğul olan müştərilər üçün ixtisaslaşdırılmış filiallar açıb. “Unibank –biznes mərkəzi”nin fəaliyyətə başlaması ilə bankın biznes sahibləri üçün ixtisaslaşdırılmış filiallarının sayı 4-ə çatdı. Hazırda bankın “Qara Qarayev”, “İçərişəhər” və “Dərnəgül” filialları kiçik və orta bizneslə məşğul olan müştərilərin yüksək keyfiyyətli və səmərəli bank xidmətlərinə tələbatını ödəyir. Yeni filial isə daha çox iri biznes sahiblərinə xidmət göstərəcək. Biznes filial şəbəkəsinin genişləndirilməsində məqsəd, bankın ölkənin iqtisadi inkişafına dəstəyini daha da gücləndirməkdir.
Unibank- Biznesinizə daimi dəstək