Ötən il qlobal bazarda onlayn reklam xərcləri ilk dəfə olaraq ənənəvi reklam məsrəflərini üstələyib.
Bu barədə “PricewaterhouseCoopers” (“PwC”) şirkətinin illik icmalında deyilir.
Azərbaycanın MDB ölkələrinə ixracı 14% artıb
AMB: Kreditlərə tələbin artması bəzi banklarda faizlərin yüksəlməsi ilə nəticələnir
“Super Mario 64” oyununun kartrici rekord 1,5 mln. dollara satılıb
Qeyd olunur ki, 2020-ci ildə onlayn reklam xərcləri 9% artaraq 336 mlrd. dollara çatıb və ilk dəfə olaraq ənənəvi reklam xərclərini üstələyib. Proqnozlara görə, növbəti 5 ildə orta hesabla xərclər 7,7% artacaq.
Xatırladaq ki, “PwC” görə, qlobal əyləncə və media sənayesinin gəlirləri keçən il 3,8% azalaraq 2019-cu ildəki 2,1 trln. ABŞ dollarından 2 trln. dollara düşüb. Bu, “PwC”nin 22 illik araşdırmalarındakı ən böyük azalmadır. “PwC” qlobal əyləncə və media bazarının rəqəmsal məzmuna və reklama olan tələbat sayəsində 2021-ci ildə 6,5%, gələn il isə 6,7% böyüyəcəyini gözləyir.