Sumqayıt Texnologiyalar Parkı (STP) həm daxili, həm də xarici satışların artırılmasını hədəfləyir.
Banker.az xəbər verir ki, istehsalın genişləndirilməsi və ixracın artırılması üçün Sumqayıt Texnologiyalar Parkı Türkiyənin “Ağır Global” və “Kibar Holding” şirkətləri ilə tərəfdaşlıq münasibətləri qurub”.
Sumqayıt Texnologiyalar Parkının bazasında “STP Global Cable”, “STP Aluminium”, “STP Metal Structures”, “STP-AH”, “ASSAN-STP Panel” kimi şirkətlər yaradılıb.