Yaponiyanın “Tet İnternational Development” şirkətinin törəmə müəssisəsi olan “Zaqatala AGRO İndustry” MMC-nin tütünqurutma məntəqəsinin iyulun 12-də rəsmi açılış mərasimi olub.
Banker.az xəbər verir ki, “Tet İnternational Development” MMC iki-üç il ərzində Azərbaycana tütünçülüyün inkişafı üçün 10 milyon ABŞ dolları həcmində investisiya yatırıb.
Qeyd edək ki, şirkət tərəfindən Zaqatala rayonunda emal müəssisəsinin tikintisinə 2021-ci ilin yanvarında başlanılıb. Məntəqədə 120 tütünqurutma kamerası quraşdırılıb. Tütün istehsalı ilə bağlı bu il Zaqatala və Qax rayonlarında 53 fermerlə müqavilə bağlanılıb.