10 C
Baku
Wednesday, December 11, 2024

Fərdi sahibkarların sayı 1.1 mln-u keçib

2021-ci il iyulun 1-i vəziyyətinə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 1 milyon 100 mini keçib.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Hesabat dövründə hər dörd fərdi sahibkardan üçü “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq”, “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “Nəqliyyat və anbar təsərrüfatı” və “Digər sahələrdə xidmətlərin göstərilməsi” sahələri üzrə qeydiyyatdan keçib.

Sahibkarlıqla məşğul olmaq niyyətində olan fərdi sahibkarların əsas hissəsi Bakıda (27,9%), Lənkəran-Astara (9.8%), Qazax-Tovuz (7.5%) və Mərkəzi Aran (6.8%) iqtisadi rayonlarında qeydiyyata alınıb.

Son xəbərlər
Digər xəbərlər