2021-ci il iyulun 1-i vəziyyətinə görə ölkədə 601 iri sahibkarlıq subyekti var.
Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd edilir.
İri sahibkarlıq subyektlərinin sayı son bir ildə 72, yaxud 11% azalıb.
2020-ci ilin müvafiq dövrünə ölkədə iri sahibkarlıq subyektlərinin sayı 673 idi.
Ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının 0.4 faizini iri sahibkarlıq subyektləri təşkil etmişdir. Onların 17.6% ticarət , 16.6%-i emal sənayesi, 12.2%-i tikinti və 8.7%-i nəqliyyat və anbar təsərrüfatı sahələrində yaradılmışdır.
İri sahibkarlıq subyektlərinin iqtisadi fəaliyyət növləri üzrə sayı |
|||
Fəaliyyət növləri | 01.07.2021 | 01.07.2020 | İllik dinamika |
CƏMİ | 601 | 673 | -72 |
o cümlədən: | |||
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq | 26 | 20 | 6 |
Mədənçıxarma sənayesi | 35 | 41 | -6 |
Emal sənayesi | 100 | 104 | -4 |
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı | 18 | 27 | -9 |
Su təchizatı; tullantıların təmizlənməsi və emalı | 18 | 21 | -3 |
Tikinti | 73 | 101 | -28 |
Ticarət; nəqliyyat vasitələrinin təmiri | 106 | 124 | -18 |
Nəqliyyat və anbar təsərrüfatı | 52 | 45 | 7 |
Turistlərin yerləşdirilməsi və ictimai iaşə | 15 | 19 | -4 |
İnformasiya və rabitə | 22 | 17 | 5 |
Maliyyə və sığorta fəaliyyəti | 20 | 22 | -2 |
Daşınmaz əmlakla əlaqədar əməliyyatlar | 9 | 10 | -1 |
Peşə, elmi və texniki fəaliyyət | 33 | 41 | -8 |
İnzibati və yardımçı xidmətlərin göstərilməsi | 20 | 23 | -3 |
Təhsil | 9 | 14 | -5 |
Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi | 34 | 32 | 2 |
İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət | 3 | 5 | -2 |
Digər sahələrdə xidmətlərin göstərilməsi | 8 | 7 | 1 |