Azərbaycanda POS-terminalların sayı ilk 6 ayda 60 150 ədəd təşkil edib.
Banker.az Azərbaycan Mərkəzi Bankının icmal göstəricisinə istinadən xəbər verir ki, bir ayda pərakəndə ticarət obyektlərində quraşdırılan POS-terminalların sayı isə 58 433 ədəd təşkil edib.
Ötən ilin müvafiq dövründə isə POS-terminalların sayı 55 min 631 ədəd olub. İllik müqayisədə POS-terminalların sayı 4 min 519 ədəd artb.
Cari ilin yanvar-iyun aylarnda Bakıda quraşdırılan post-terminalların sayı 39 min 827, regionlarda isə 20 min 323 olub. Aylıq müqayisədə Bakıda quraşdırılan POS terminalların sayı 655 ədəd artıb, regionlarda quraşdırılan POS terminallarn sayı isə 156 ədəd azalıb.