Azərbaycanda polad istehsalçısı “Baku Steel Company” MMC barəsində gömrük əməliyyatlardakı inzibati xətaya görə cərimə protokolu tərtib edilib.
Banker.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə protokol tərtib edərək, 22 iyul 2021-ci il tarixdə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilib.
İXM-in 485.2-ci maddasinə görə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
“Baku Steel Company” MMC 2009-cu ildə yaradılıb, 2021-ci ilin əvvəlinə qədər sahibi Rasim Məmmədov idi. 2013-cü ilin iyununda “Azərboru” ASC-nin səhmlərinin 97.39 faizinin özəlləşdirilməsinə dair keçirilmiş investisiya müsabiqəsinin nəticələrinə əsasən Əmlak Məsələləri Dövlət Komitəsi ilə “Baku Steel Company” arasında alqı-satqı müqaviləsi imzalanıb.