6 C
Baku
Monday, December 16, 2024

Bank və kredit təşkilatları Naxçıvanda verilən kreditləri 26% artırıb

2021-ci ilin ilk yarım ilində muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 107 milyon 739 min manat kredit verilib ki, bu da bir il öncəki göstəricidən 26.2 faiz çoxdur.

Banker.az Naxçıvan İqtisadiyyat Nazirliyindən əldə etdiyi məlumata əsasən xəbər verir ki, verilmiş kreditlərin 13 milyon 703 min manatı və yaxud 12.7 faizi qısamüddətli, 94 milyon 37 min manatı və yaxud 87.3 faizi uzunmüddətli kreditlər olub.

Cari ilin ilk yarım ilində muxtar respublikada sahibkarlara 18 milyon 253 min manat kredit verilib. Verilmiş kreditin 7 milyon 690 min manatı yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə, 10 milyon 563 min manatı isə fərdi sahibkarlığın inkişafına sərf olunmuşdur.

Son xəbərlər
Digər xəbərlər