“Azər Türk Bank” ASC 2021-ci ilin birinci yarımili üçün olan maliyyə nəticələrini açıqlayıb.
Hesabata görə, 1 iyul 2021-ci il tarixinə ATB-nin aktivləri 335.41 mln. manat olmuşdur, bunun da 80.57 mln. manatı nağd (ilin əvvəli ilə müqayisədə: -24.7%), 42.45 mln. manatı qiymətli kağızlar (-27.6%) olmuşdur.
Bankın aktivlərində digər önəmli paya sahib olan müştərilərə verilən kredit portfelinin həcmi isə 181.64 mln. manat olmuşdur ( +8.5%). Bunun da 54.59 mln. manatı istehlak krediti (+29.2%), 38.83 mln. manatı biznes krediti (-23.9%) və 29.56 mln. manatı isə daşınmaz əmlaka verilən kreditlər (+13.0%) olmuşdur. Digər aktivlərdən biri əmlak və avadanlıqların həcmi isə 2% azalma ilə 4.42 mln. manata düşüb.
Kommersiya bankının öhdəlikləri 8.1% eniş yaşamaqla 278.87 mln. manata düşmüşdür. Öhdəliklərin 161.54 mln. manatı depzitlər, o cümlədən 80.67 mln. manatı fiziki şəxslərin depozitləri, 80.87 mln. manatı isə hüquqi şəxslərin depozitləri olmuşdur.
Bankın cəmi kapitalı 1.1% artımla 56.54 mln. manata yüksəlmişdir. Burada da 50 mln. manat nizamnamə kapitalı 4.51 mln. manat isə bölüşdürülməmiş mənfəət olmuşdur. Bölüşdürülməmiş mənfəətin artmasına səbəb isə ilin ilk 6 ayında bankın 448 min manat xalis mənfəət etməsidir.