10 C
Baku
Wednesday, December 11, 2024

Ekvador “WikiLeaks”ın qurucusu Culian Assanjı vətəndaşlıqdan məhrum edib

“WikiLeaks”ın qurucusu avstriyalı Culian Assanj Ekvador Respublikası vətəndaşlığını itirib. Banker.az “TASS”a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü Avstraliyanın “ABC” korporasiyası Ekvador Xarici İşlər Nazirliyinə istinadən məlumat verib.

Bildirildiyi kimi, 2018-ci ilin yanvarında Ekvador vətəndaşlığını alan Assanj məhkəmə qərarı ilə ondan məhrum edilib. “Məhkəmə müstəqil olaraq hərəkət edib və qərarı nəzərdən keçirərkən əvvəlki hökumətin qəbul etdiyi prosedurları izləyib” – deyə mesajda bildirilir.

50 yaşlı avstraliyalının vəkili Karlos Poveda Assanjın məhkəmə prosesi zamanı hüquqlarının pozulduğunu qeyd edib. “İnsan hüquqlarına hörmət və bütün prosedurlara riayət etmək vətəndaşlıqdan daha vacibdir”, – Karlos vurğulayıb.

Son xəbərlər
Digər xəbərlər