7 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda icbari sığorta könüllü sığortadan sürətli artır

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 304 milyon 513 min manat sığorta haqqı toplanılıb.

Azərbaycan Mərkəzi Bankının aylıq statistikasına görə, bu, ötən ilin yanvar-iyun aylarına nisbətən 11% çoxdur.

Ötən 6 ayda icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə illik müqayisədə 12% artaraq 147 milyon 853 min manata çatıb.

Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 183 milyon 663 min manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 19.2% çoxdur. İl ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 88% artaraq 64 milyon 536 min manata çatıb.

Son xəbərlər
Digər xəbərlər