7 C
Baku
Sunday, December 15, 2024

“Bloomberg” “Robinhood”un yaradıcılarını milyarder kimi tanıyıb

Səhm ticarəti tətbiqinin yaradıcıları olan Vlad Tenev və Baiju Bhatt şirkətin birjaya çıxmasından sonra milyarder olublar.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“Bloomberg” agentliyinin verdiyi məlumata görə, səhmlərin 38 dollar qiymətinə satışı nəticəsində Tenevin sərvəti 2.4 milyard dollara yüksəlib. Keçən ilədək “Robinhood”da baş direktor vəzifəsini icra edən Bhattın sərvəti artandan sonra 2.8 milyard dollar təşkil edib.

“Bloomberg” yazır ki, ilkin kütləvi yerləşdirmə (IPO) “Robinhood”un yaradıcılarının ABŞ-ın super varlı şəxsləri arasında mövqeyini gücləndirir.

Tenev və Bhatt “Robinhood”u 2013-cü ildə yaradıblar. Əvvəlcə xidmət səhm toplamaqla məşğul olub və istifadəçilərinə investisiya ilə bağlı məsləhətlər verib. Bir qədər sonra tətbiq ticarət platformasına çevrilib.

Bu gün “Robinhood” kriptovalyutalar da daxil olmaqla, səhmlər və digər maliyyə məhsulları ilə ticarət etməyə imkan edir. Siz hesabınızda 1 dollar olsa belə investisiya etməyə başlaya bilərsiniz.

“Bloomberg” qeyd edir ki, hal-hazırda hər ay 17.7 milyon insan bu tətbiqdən istifadə edir və onların yarısı birinci dəfədir investisiya yatırır. Şirkətdən verilən məlumata görə, istifadəçilərin yarıdan çoxu təcrübəsi investorlardır.

“Robinhood” səhmlərinin ticarəti 29 iyulda başlayıb. Onlayn-brokerin səhmləri NASTAQ birjasında “HOOD” tikeri altında ticarət edib. Ümumilikdə, IPO çərçivəsində 55 milyon “A” sinifli səhm satılıb, aparıcı anderrayterlər qismində isə “Goldman Sachs”, “Citigroup” və “J.P. Morgan” çıxış edib. IPO zamanı şirkət 31.8 milyard dollar dəyərində qiymətləndirilib.

Son xəbərlər
Digər xəbərlər