10 C
Baku
Thursday, December 12, 2024

Böyük Britaniya gənclərin vaksinasiyası üçün təşviq proqramına başlayır

Böyük Britaniya gənclərin vaksinasiyası üçün təşviqedici kampaniyalara başladığını açıqlayıb.

Banker.az xəbər verir ki, Birləşmiş Krallığın Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, 18-29 yaş arası sakinlərin təxminən 67%-i COVID-19 əleyhinə bir doza peyvənd vurdurub.

Bununla yanaşı, yetkin əhalinin 72%-dən çoxu artıq tam peyvənd olunub. Rəsmilər təşviq proqramının təfərrüatlarını yaxın zamanda açıqlayacaqlar.

Xatırladaq ki, daha əvvəl ölkənin Baş naziri Boris Conson sentyabrın sonundan etibarən Böyük Britaniyadakı gecə klublarını və ictimai tədbirlərin təşkilatçılarını yalnız peyvənd olunmuş ziyarətçiləri qəbul etməyə məcbur edəcəyini açıqlamışdı.

Son xəbərlər
Digər xəbərlər