9 C
Baku
Friday, December 13, 2024

ABŞ-ın ən böyük neft-qaz şirkəti karbon qazı tullantılarını sıfıra endirməyi planlaşdırır

ABŞ-ın ən böyük neft və qaz şirkəti “Exxon Mobil Corp” 2050-ci ilə qədər CO2 emissiyasını sıfıra endirməyi planlaşdırır.

Banker.az “İnterfax”a istinadən xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Wall Street Journal” yazır.

Mütəxəssislərin fikrincə, bu, “Exxon” strategiyasında böyük bir dəyişiklik olacaq. Xatırladaq ki, hələ 2020-ci ilin mart ayında şirkətin CEO-su Darren Vuds bu cür təşəbbüsləri “gözəl rəqabət” adlandırıb və onların bir əsası olmadığını söyləyib.

Mənbələr şirkətin bu ilin sonuna qədər bir sıra strateji ekoloji addımlar təqdim etməyi planlaşdırdığını yazır. Yəni “Exxon” öz üzərinə 2050-ci ilə qədər karbon qazı tullantılarını sıfıra endirmək öhdəliyini götürür.

“Exxon”un sözçüsü Keysi Norton şirkətin yüksək emissiyalı sektorların dekarbonizasiyasını təşviq etdiyini və bunun üçün tənzimləyici tədbirləri dəstəklədiyini söyləyib.

Vuds daha əvvəl şirkətinin Paris iqlim müqaviləsini dəstəklədiyini açıqlamışdı. Şirkətin səhmləri ilin əvvəlindən 39% bahalaşıb.

Son xəbərlər
Digər xəbərlər