10 C
Baku
Thursday, December 12, 2024

Nazirlik 450 ədəd fərdi evin tikintisi üçün 30 milyon manat pul xərcləyəcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “MAC Construction” QSC ilə 30 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə fərdi evlərin tikintisi işlərinin satın alınması Respublikanın 36 şəhər və rayonunda (Ağcabədi, Beyləqan, Tərtər, Ağdaş, Ağsu, Ucar, Zərdab, Qobustan, Ağstafa, Samux, Şəmkir, Tovuz, Yevlax, Zaqatala, Qax, Qazax, Qəbələ, Daşkəsən, İsmayıllı, Astara, Lerik, Masallı, Balakən, Saatlı, Biləsuvar, Neftçala, Yardımlı, İmişli, Goranboy, Kürdəmir, Oğuz, Quba, Salyan, Şəki, Xızı, Səbirabad) cəmi 450 ədəd olmaqla fərdi evlərin tikintisi işlərinin satın alınması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 29 323 213 manatdır.

Qeyd edək ki, “MAC Construction” QSC 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Bu QSC-nin nizamnamə kapitalı 2 010 manatdır və qanuni təmsilçisi Ramin Quliyevdir.

Son xəbərlər
Digər xəbərlər