“Rabitəbank” ASC 2026-cı ilin yanvar-mart aylarını 5 milyon 96 min manat mənfəətlə başa vurub. 2025-ci ilin eyni dövründə bankın mənfəəti 4 milyon 657 min manat olub ki, bu da illik müqayisədə 9.4% artım deməkdir.
Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
Bu ilin yanvar-mart aylarında “Rabitəbank”ın cəmi gəlirləri 49 milyon 393 min manat, cəmi xərcləri 42 milyon 998 min manat olub. 2025-ci ilin 3 ayında bankın cəmi gəlirləri 40 milyon 642 min manat, cəmi xərcləri isə 34 milyon 229 min manat təşkil edib.
Cari ilin aprel ayının 1-nə “Rabitəbank”ın aktivləri 1 milyard 395 milyon manat olub. Bunun 944 milyon 275 min manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, bankın kredit portfeli 0.3% böyüyüb.






