Pentaqon ABŞ-ın hərbi qüvvələrinin Əfqanıstandan çıxarıldığını təsdiqləyib.
ABŞ-ın Müdafiə Nazirliyi bildirib ki, Birləşmiş Ştatların hərbçiləri insanların Əfqanıstandan təxliyəsini başa çatdırıblar.
Qeyd edək ki, ABŞ və Əfqanıstanla bununla bağlı əldə edilmiş razılaşmaya əsasən, avqustun 31-i Birləşmiş Ştatların Əfqanıstandakı hərbi mövcudluğu üçün son tarixdir.
Pentaqon rəsmisi general Kennet Makkenzi bildirib ki, ABŞ-ın bütün hərbçiləri Əfqanıstandan çıxarılıb, bununla da respubllikadakı missiya başa çatıb.
“Qoşunun çıxarılması ilə 20 illik missiya başa çatır”, – general keçirdiyi brifinqdə qeyd edib.