Azərbaycanda duru yağların qiymətlərində hər ayda artım arıq rutinə çevrilib.
Banker.az xəbər verir ki, bahalaşma həm yerli, həm də xaricdə istehsal edilmiş məhsullarda müşahidə edilməkdədir.
Qarğıdalı yağı. Yerli istehsal qarğıdalı yağının 1 litrliyinin qiyməti 5.37 manata qədər bahalaşıb. Bu da son ayda 3 qəpik, yaxud 0.51% bahalaşması deməkdir. Xaricdən gətirilən qarğıdalı yağının hər litri isə yerli bazarda orta ölçüdə 5.77 manata satılır. Bu da iyul ayında 0.77% bahalaşma deməkdir.
Günəbaxan yağı. Günəbaxan yağında bahalaşma daha qabarıqdır. Məsələn, 2021-ci ilin iyulun əvvəli 3.98 manat/litrə satılan yerli istehsal olan günəbaxan yağı, avqustun əvvəlinə 4.08 manat/litrə qalxıb. Bu da 2.64% aylıq artım dinamikasıdır. Xarici istehsal olan günəbaxan yağı yerli bazarda 4.35 manata qalxıb. Aylıq 1.48% artım deməkdir.
Zeytun yağı. Ölkədə yerli istehsal olan zeytun yağının qiyməti son ayda 0.4% bahalaşmaqla 11.44 manat/litr olmuşdur. Xaricdən gətirlənlərin qiyməti isə Cüzi artımla 15.28 manat/litr olub.








