Radikal “Taliban” hərəkatının siyasi qanadının lideri molla Əbdül Qani Baradar seçilib.
Banker.az xəbər verir ki, bu barədə təşkilatdakı mənbələrə istinadən “Reuters” məlumat verib.
Onların sözlərinə görə, yeni rəhbərliyə həmçinin molla Yaqub (taliblərin ilk lideri molla Ömərin oğlu) və radikalların Dohadakı nümayəndəsi Məhəmməd Abbas Stanekzay daxil olacaq.
Xatırladaq ki, iki gün əvvəl “TOLOnews” telekanalı mənbələrə istinadən “Taliban” lideri Molla Xibatullah Axundzadənin nazirlər kabinetinə rəhbərlik edə biləcəyi barədə məlumat verib.