10 C
Baku
Thursday, December 12, 2024

“Reddit” 15 milyard dollar qiymətləndirmə ilə IPO keçirməyi planlaşdırır

“Reddit” 15 milyard dollar qiymətləndirmə ilə IPO keçirməyi planlaşdırır.

Banker.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “Reuters” məlumat verib.

Bildirildiyi kimi, yerləşdirmənin həcmi bazar şərtlərindən asılı olacaq. “Reddit” 2005-ci ildə veb-tərtibatçı Stiv Hoffman və sahibkar Aleksis Oqanyan tərəfindən yaradılıb. Bu, sosial şəbəkəyə bənzəyən bir platformadır. İstifadəçilər orada müxtəlif mövzularda müzakirələr aça, o cümlədən faydalı link paylaşa bilirlər.

2020-ci ilin oktyabr ayında “Reddit”in təxminən 52 milyon aktiv istifadəçisi olub. Şirkət əsasən reklam vasitəsilə pul qazanır. Bu ilin avqust ayında platforma 10 milyard dollar qiymətləndirmə ilə 700 milyon dollar investisiya cəlb edib.

Son xəbərlər
Digər xəbərlər