Azərbaycanın yeni gənclər və idman naziri Fərid Qayıbov Avropa Gimnastika İttifaqının (UEG) prezidenti vəzifəsində fəaliyyətinin davam etdirib-etdirməyəcəyi ilə bağlı məsələyə aydınlıq gətirib.
Nazir bildirib ki, bu məsələ bir çox şəxsi maraqlandırır:
“Bu sualı dünəndən bəri hətta mənə beynəlxalq federasiyalardan da ünvanlayırlar. Biz davam edirik”, – o vurğulayıb.