Azərbaycanda 2021-ci ilin birinci yarısında ev təsərrüfatlarında adambaşına düşən pensiyanın həcminə görə iqtisadi rayonlar sıralaması açıqlanıb.
Banker.az xəbər verir ki, iqtisadi rayonlar üzrə ən yüksək adambaşına düşən göstərici Bakı şəhərində qeydə alınıb. Belə ki, bu iqtisadi rayonda adambaşına ayda 59.30 manat pul vəsaiti düşüb.
İkinci sırada Gəncə-Qazax 54.3 manatla, üçüncü sırada isə Abşeron 51.8 manatla durur.
Ən aşağı göstərici Şəki-Zaqatalada olmaqla 43.2 manat təşkil edir.
Bir ay ərzində adambaşına düşən pensiya gəlirlərinin həcmi – 2021-ci ilin yanvar-iyun ayları:
İqtisadi rayon | Həcmi |
Bakı şəhəri | 59.30 ₼ |
Gəncə-Qazax | 54.30 ₼ |
Abşeron | 51.80 ₼ |
Kəlbəcər-Laçın | 51.10 ₼ |
Lənkəran | 51.00 ₼ |
Quba-Xaçmaz | 49.90 ₼ |
Aran | 49.50 ₼ |
Dağlıq Şirvan | 49.50 ₼ |
Yuxarı Qarabağ | 46.70 ₼ |
Naxçıvan MR | 45.10 ₼ |
Şəki-Zaqatala | 43.20 ₼ |