10 C
Baku
Thursday, December 12, 2024

Varlı amerikalıların vergidən yayınması ABŞ-a $164 mlrd. zərər vurub

ABŞ-ın Maliyyə Nazirliyinin verdiyi məlumata görə, ölkənin ən varlı sakinlərinin 1%-i hər il vergidən yayınır.

Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, bu səbəbdən dövlətin itkiləri ildə 164 milyard dollar təşkil edir. Xəzinədarlıq ABŞ büdcəsinin önümüzdəki on il ərzində 7 trilyon dollar itirəcəyini gözləyir.

“İtirilmiş mənfəətin miqdarı təəccüblüdür: ÜDM-nin 3%-i və ya aşağı gəlirli vergi ödəyicilərinin 90%-i. Vergi boşluğu ədalətsizliyin əsas səbəblərindən biridir”, – deyə mesajda bildirilir.

Hesablamalara görə, 2014-2018-ci illərdə ABŞ-ın büdcəsinin artımı 401 milyard dollar təşkil edib. Onlardan 13.6 milyard dollar ölkənin ən varlı sakinləri tərəfindən ödənilən vergi daxilolmaları payına düşür. Mütəxəssislərin fikrincə, ən az vergi dünyaca məşhur olan Uorren Baffet ödəyib.

 

Son xəbərlər
Digər xəbərlər