Birkomponentli vaksinlər, o cümlədən “Sputnik Light” ilə peyvəndlənmiş şəxslərin Türkiyəyə girişinə icazə verilmir.
Bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin məlumatında deyilir.
Məlumata görə, 2 doza peyvənd olunmuş və ikinci dozadan sonra 14 günlük karantin müddətini başa vurmuş şəxslər tam peyvəndləmə haqqında sertifikat təqdim edə bilərlər:
“Bundan başqa, COVID-19-a yoluxan şəxslər də 6 ay ərzində xəstəliyi keçirdikləri haqqında arayış təqdim edə bilərlər. Bu halda sözügedən şəxslərdən PCR testin və ekspress antigen testinin neqativ nəticəsi tələb olunmayacaq. Bir doza ilə peyvəndləmə isə qəbul edilmir”, – nazirlikdən bildiriblər.