11 C
Baku
Tuesday, November 26, 2024

Azər Türk Bank Qarabağ Dirçəliş Fondunun xüsusi sertifikatına layiq görülüb

®Dövlət bankı Azər Türk Bank işğaldan azad olunmuş ərazilərdə görülən işlərə verdiyi dəstəyə görə Qarabağ Dirçəliş Fondu tərəfindən  xüsusi sertifikatla təltif edilmişdir.

Qeyd edək ki, Azər Türk Bank ölkəmizin işğaldan azad edilmiş ərazilərində bərpa, quruculuq və abadlıq işlərinin aparılması məqsədi ilə Azərbaycan Respublikasının Prezidentinin fərmanı əsasında yaradılmış Qarabağ Dirçəliş Fonduna maddi dəstək verən ilk banklardan biri olub.

Azər Türk Bank həmçinin Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna,  ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və Şəhid ailələrinin təminatına kömək məqsədi ilə yaradılmış “YAŞAT” Fonduna  maliyyə dəstəyi göstərmişdir.

1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər