8 C
Baku
Friday, December 13, 2024

2021-ci ilin ən nüfuzlu adamları – Top 100-lük

“Time” jurnalı ilin ən nüfuzlu adamlarının siyahısını dərc edib.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Ümumilikdə, reytinq aşağıdakı kateqoriyalara bölünür: “İkonalar”, “Pionerlər”, “Titanlar”, “Sənətçilər”, “Liderləri” və “Yenilikçilər”.

“İkonalar” kateqoriyasına daxil olublar:

1. Şahzadə Harri və onun həyat yoldaşı Meqan Markl;

2. Tennisçi Naomi Osaka;

3. Mühafizəkar Aleksey Navalnıy;

4. Müğənni Britni Spirs;

5. NAACP Hüquqi Təbliğat və Təhsil Fondunun prezidenti və məsləhətçisi Şerilin İfill;

6. Müğənni Dolli Parton;

7. Beysbolçu Sehey Otani;

8. Artist Luis Manuel Otero Alkantara;

9. Vəkil Narsin Sotude;

10. Fəallar P. Macuşa Kulkarni, Rassel Cunq və Sintiya Çoy;

11. Fəallar Muna əl Kürd və Məhəmməd əl-Kürd.

“Liderlər” kateqoriyasında birinci yeri Ümumdünya Ticarət Təşkilatının baş direktoru Nqozi Okonco-İvela tutub. Eyni zamanda bu kateqoriyaya ABŞ prezidenti Co Bayden, eks-prezident Donald Tramp, ÇXR-in sədri Si Tsinpin və “Taliban” hərəkatının nümayəndəsi və Əfqanıstanın Baş nazirinin birinci müavini Əbdül-Qani Baradar daxil olub.

2021-ci ilin digər kateqoriyalardakı liderləri:

“Pionerlər” – müğənni Billi Ayliş;

“Titanlar” – gimnast Simona Bayls;

“Sənətçilər” – aktrisa Keyt Uinslet;

“Yenilikçilər – “Nvidia” şirkətinin baş direktoru Censen Huanq.

Tam siyahı ilə burada tanış ola bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər