Fövqəladə Hallar Nazirliyi Tibb Xidmətinin Tibb Mərkəzi “Zeytun Pharmaceuticals” MMC və “Avromed Company” QSC ilə 17 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Tibb Xidmətinin Tibb Mərkəzini Modul tipli hospitalı üçün dərman vasitələrinin, sarğı ləvazimatlarının və materialların alınması nəzərdə tutulur.
“Zeytun Pharmaceuticals” ilə məbləği 9 771 419 manat olan, “Avromed Company” ilə məbləği 7 905 086 manat olan müqavilələr imzalayıb