İsveç 12-15 yaş arası uşaqların vaksinasiyasına başlayır.
Banker.az “Kommersant”a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Stefan Levenə istinadən “Radio Sweden” məlumat verib.
Hökumətin qərarı İsveç Regional Yoluxucu Xəstəliklər Həkimləri Birliyi və İsveç Pediatriya Cəmiyyəti tərəfindən dəstəklənir. Yoluxucu xəstəliklər üzrə ixtisaslaşmış Malin Benqer “peyvəndlərin uşaqlar üçün nəinki effektiv, həm də təhlükəsiz olduğunu” israr edir.
Qeyd edək ki, bu günə kimi İsveçdə 6.9 milyondan çox insan vaksinasiyadan keçib. Bununla yanaşı, ölkə əhalisi cəmi 10 milyon nəfər təşkil edir. İsveçdə həm “Pfizer”, həm də “Moderna” peyvəndlərindən istifadə olunur.