14 C
Baku
Saturday, November 23, 2024

“Uçot və hesabat formaları sadələşdirilməlidir”

“Azərbaycanda hesabatlarında uyğunsuzluq aşkar edilən vergiödəyicilərinin mütləq əksəriyyəti mikro və kiçik sahibkarlardır”.

Bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) direktoru Orxan Məmmədov bildirib.

“KOBİA və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin birgə əməkdaşlığı çərçivəsində aparılan təhlillər göstərir ki, vergi ödəyiciləri, xüsusilə də xidmət və ticarət sahəsində fəaliyyət göstərən mikro və kiçik sahibkarların gəlir və xərclərin uçotunun qanunvericiliyə uyğun aparılmaması, bəyannamələrin düzgün tərtib edilməməsi və sair nəticəsində kameral qaydada vergilər hesablanır və bu vergi ödəyicilərinin narazılığına səbəb olur. Bu, həmin kateqoriyadan olan sahibkarların müvafiq sahədə bilik və bacarıqlarının istənilən səviyyədə olmadığını göstərir. Bu hal KOB subyektlərinin hesabat prosesinə professional mühasiblərin və auditorların cəlb etmək imkanlarının olmaması və hesabatları özləri tərəfindən təqdim etmək istəyindən qaynaqlanır. Belə halda sahibkarlara dəstək göstərilməli, eyni zamanda, uçot və hesabat formaları daha da sadələşdirilməlidir”.

Son xəbərlər
Digər xəbərlər