12 C
Baku
Wednesday, December 11, 2024

Vahid Ələkbərov bir ilə 1.14 milyard dollar qazanıb

“Forbes” jurnalı 2020-ci ildə aktiv satışından və yaxud dividendlərdən ən çox gəlir əldə edən Rusiya milyarderlərinin reytinqini tərtib edib.

Reytinqin ilk pilləsində Aleksey Mordaşov qərarlaşıb. Ötən il dividendlər və səhm satışları Mordaşov və ailəsinə 1,7 milyard dollar qazandırıb. Onun gəlirinin əsas mənbəyi “Severstal”, “TUİ” və “Nordgold” şirkətlərinin dividendləri, həmçinin “Tele2” operatorunun səhmlərinin satışı olub.

Bununla yanaşı, reytinqin ikinci pilləsində “NLMK” qrupunun əsas sahibi Vladimir Lisin (1,48 milyard dollar), üçüncü pillədə isə “USM Holdings”in səhmdarı Alişer Usmanov (1,43 milyard dollar) yer alıb.

“Lukoil” şirkətinin prezidenti və həmtəsisçisi Vahid Ələkbərov isə reytinqdə irəliləyərək 8-ci pillədən 4-cü pilləyə yüksəlib. Onun sərvəti 2020-ci ildə 1,14 milyard dollar artaraq 26, 1 milyard dollara yüksəlib.

Reytinqin ilk beşliyini isə 922 milyon dollar həcmində gəlir ilə Süleyman Kərimov və ailəsi tamamlayıb.

Son xəbərlər
Digər xəbərlər