“İran nüvə proqramı ilə bağlı bütün qırmızı xətləri keçib”.
Bunu BMT Baş Assambleyasında çıxış edən İsrailin Baş naziri Naftali Bennett deyib. Baş nazir qeyd edib ki, İran “nüvə çətiri” ilə Yaxın Şərqə dominantlıq etmək niyyətindədir, lakin İsrail Tehranın nüvə silahı əldə etməsinə icazə verməyəcək.
N.Bennet qeyd edib ki, İranın nüvə reaktorlarını sadəcə, sözlərlə dayandırmaq mümkün olmayacaq və beynəlxalq ictimaiiyyət bu sahədə konkret addımlar atmalıdır.