Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) sentyabrın 30-dan etibarən Azərbaycanın daha beş müəssisəsinə Rusiyaya alma tədarük etməyə icazə verib.
“Rosselxoznadzor” verdiyi məlumata görə, qərar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) zəmanəti ilə verilib.
Beləliklə, hazırda ümumilikdə Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən Azərbaycanın 70 alma istehsalı müəssisəsinə Rusiyaya məhsul ixracına icazə verilib.