Yeni biznes üçün ad seçmək heç də asan deyil. Ad sadəcə sizin şirkəti təyin etməkdən daha çox iş görür, bu istehlakçılara sizin kim olduğunuz, nə etdiyiniz və bir az da sizin bunu necə etdiyiniz haqqında məlumat verir.
Ad sizi digər rəqiblərinizdən fərqləndirir, müştərilərin marağını çəkir və əgər düzgün seçilibsə sonrakı araşdırmaya səbəb olur.
Bütün iş adamları səhvə yol verirlər, mən də ilk səhvlərimdən birini elə başlanğıcda etmiş oldum. İşə yeni başlamağımın həyəcanından və bu müəssisəni ürəyimə çox yaxın qəbul etdiyimdən şirkəti “Diadem Communications” adlandırdım. Diadem tac deməkdir, mən fikirləşirdim ki, bu müvafiq və çox uğurlu addır. Diadem-bu ad sizə nə deyir? Bu, sizdə mənim sizin şirkətə gəlməyim haqqında fikirlər oyadır? Sizin satış komandanıza ən yaxşı olmaq üçün keçirdiyim treninqlər və hər kiçik bir ticari mübadiləyə verdikləri önəmin möhtəşəm bir uğura çevrilməsinə dair aşıladığım fikirlər haqqında bir şey deyirmi? Bu mənim haqımda elə yaxşı səslənir ki, siz məni dərhal işə dəvət etmək istəyirsiniz?
Xeyr demir, heç mənə də bir şey demir. Ən pisi də odur ki, mən bunu bəzi potensial müştərilərimə də demədim. Hər yerə sadəcə öz adımla tək getməyimdən, heç kəsdə nə özüm, nə şirkət, nə də bizim təklif etdiyimiz xidmətlər haqqında ən cüzi təəssürat belə yaranmadı. Ad şirkət haqqında heç nə demədi və eləcə də şirkət üçün heç nə edə bilmədi.
Ad dəyişilməli, hətta yeni daha effektiv bir şey ilə əvəz olunmalı idi. Effektiv ada necə nail olmaq olar? Bu altı elementə nəzər salın.
Effektiv ad:
• Ad sizin kim olduğunuzu deyir: Ad sizin şəxsiyyəti açmalıdır. Bu brend yaratmağın ən vacib aspektidir. Siz bu adı təşviq edərək irəliləməli və onun ətrafına mümkün olduqca çox, hər dəfə daha çox göz toplamalısınız. Siz cəmiyyətin haqqınızda necə düşünməyini istəyirsiniz?
Bəzilərin üçün bu öz şəxsi adlarını bizneslərinə gətirmək deməkdir. Bu, bəzi peşələrlə bağlı çox ümumi haldır: qanuni, tibbi və ya mühasib hesabatları ilə əlaqədar bunu demək olar, digərləri isə daha çox təsviri adlara üstünlük verirlər. Xırda bir qənnadı müəssisəsi öz biznesini belə bir ad altında inkişaf etdirir – “The Cookie Lady” çünki onun ilk alıcıları məhz onu belə çağırmışlar. Şübhəsiz ki, onun alıcılarından əksəriyyəti heç onun əsl adını bilmir ( Pat), lakin onun dükanında hamı onu “the Cookie Lady” kimi tanıyır.
• Sizin nə etdiyinizi deməlidir: İnanılmaz dərəcə də çox müəssisə çox kiçik də olsa onların gördüyü iş haqqında istənilən növ bir məlumat verir. Bu nümunələrə nəzər salın.
– Smith and Sons (Smit və oğulları)
– Hulbert Brothers (Hulbert qardaşları)
– Only One (Yalnız biri)
Mənə bu şirkətlərdən heç olmasa birinin nə işlə məşğul olduğunu deyə bilərsiniz? Əlbəttə ki yox. Onlar istehlakçıların artıq onları tanımasına əsaslanırlar. (yeni firmalar üçün hiyləgər bir mühakimədir) və ya onların adı işgüzar jurnallarda və ya sarı səhifələrinin kontekstində tez-tez rast gəlinir.
• Sizin bunu necə etdiyinizi deməlidir: Sözün təsir qüvvəsi çox böyükdür. Öz adınızda istifadə edəcəyiniz sözlərin seçimində çox diqqətli olun, bununla siz öz şirkətinizin imici haqqında böyük məlumat vermiş olursunuz. Aşağıda üç masaj və bədənə qulluq müəssisəsinin adı verilmişdir, Onlara diqqət yetirin.
– Champlain Valley Therapeutic Massage (Şampleyn vadisinin müalicəvi masajı)
– Clouds Above Massage (Masaj üzərində buludlar)
– Speedy Spa (Sürətli Spa)
Hər üç müəssisə eyni xidmətləri təklif edirlər: masajla müalicə, sadəcə birincidə daha çox tibbi müalicə ilə yanaşma, ikincidə xəyalpərəst, dəbdəbəli yanaşma, üçüncüdə isə sürətli xidmət üzrə ixtisaslaşma nəzərə çarpır.
• Sizi eyni sahədə olan digər müəssisələrdən fərqləndirir. Sizin kompaniyanızın adı müştərilərə sizin rəqiblərinizdən hansı xüsusiyyətlərinizə görə fərqləndiyinizi demək üçün ilk imkandır.
Bizim mesaj terapiya ilə bağlı dediklərimizi yada salın. Hər üç müəssisə fərqli yanaşma və müxtəlif sahə üzrə ixtisaslaşma nümayiş etdirirlər. Onlar müxtəlif müştəriləri cəlb etmək əzmindədirlər və hər müştəri öz marağına uyğun olaraq bu yanaşmalardan birinə üstünlük verəcəkdir. Bütün bunlar isə beşdən az sözün vasitəsi ilə ötürülmüşdür.
• Müştəri marağını özünə çəkir: müştərini maraqlandırmaq bir incəsənət və bir elmdir. Öz hədəf auditoriyanız haqqında diqqətlə düşünün. Sizin xidmətlərinizin hansı xüsusiyyətləri sizin müştərilərdən ötrü daha vacibdir? Hanı növ sözlər onları çağırmağa qadirdir? Öz adınızda məhz ən vacib keyfiyyəti vurğulayın. Misal üçün, zəhmətkeş evdar xanımlar “Bob’s Instant Plumbing” (Bobun ani çilingər işi) yüksək surət vədinə etimad göstərirlər. Eyni minvalla maraqlı sirr axtarışında olan oxucular “Crime Pays Books”(Cinayət ödənişli kitablara) maraq göstərirlər.
Söz seçimi də həmçinin çox vacibdir. İki sap dükanı müxtəlif növ lif satışı üzrə ixtisaslaşma bilər. Lakin adlarından asılı olaraq onlara üz tutan müştəri tərkibi bir-birindən fərqli olacaqdır. Belə ki birinci dükan özünü “İstənilən vaxt, istənilən liflər”, ikincisi isə “Təbii gözəllik: organik saplar” adlandırır.
• Sonrakı təqdiqatları dəvət edir: Müştərilər məzəli varlıqlardır. Bir qrup üçün məzəli və cəlbedici olan nüanslar digərlərinin üz döndərməyinə səbəb olur. Siz adınızın dəvət edici və insanları ətrafına toplamağı bacarmasını istəyirsinizsə bu xüsusiyyətləri məhz öz auditoriyanızı nəzərə alaraq seçin. Buna ən yaxşı nümunə olaraq maliyyə xidmətlərinin fərdi sərmayə seqmentini ola bilər. Çarls Şvab illərlə vaxt sərf etmişdir ki, klassik rəsmi imic yaratsın- lakin indi onun müştəriləri “pullu yaşlı adamlardan” “401 dolları olan” istənilən bir insana dəyişmişdir. İndi Çarls “Talk to Chuck” (Patronla danışın) kompaniyasını hərəkətə gətirərək daha çox insanın ona üz tuta bilməsinin mümkün olması üçün səy göstərir.
Əmin olun ki, sizin şirkətin adı müştərilərinizi qorxudaraq uzağa qaçırtmır. Bəzi sənaye sahələri digərlərindən daha formaldır, lakin onlar da sizə irad irəli sürürlər.
Mən adım-addım bir neçə ciddi sadə təlimatları izləyərək mənim şəxsiyyətim və mənim təqdim etdiyim xidməti tamalayacaq bir ad qoymaq qərarına gəldim. “The Trade Show Coach” (Sərgi tryeneri) Bu ad dərhal müştərilərə mənim nə etdiyimi çatdırır – satış sərgiləri ilə bağlı şirkətlərə kömək edirəm- bir az da mənim bunu necə etməyim haqqında məlumat verir – treyner, yəni mən bunu onlara necə etməyi diktə etmir, istiqamət vermir, nə də bu işləri təşkil etmirəm.
Fərqi görürsünüz? Beləliklə ictimaiyyəti əla almaq olur, onlardan bəziləri dərhal mənim müştərilərimə çevrildilər. Eyni bir şey sizinlə də baş verə bilər- əgər siz düzgün adı seçə bilsəniz.