2 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri 2 dəfədən çox artıb

Koronovirus (COVID-19) pandemiyası ilə bağlı yaranmış vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna təsirsiz ötüşməyib.

2021-ci ilin avqust ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 104,2 milyon manat təşkil edib.

2021-ci ilin yanvar-avqust aylarında isə əcnəbilər bank kartları vasitəsi ilə 712,2 milyon manatlıq əməliyyat aparıblar.

Ötən ilin avqust ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 25.6 milyon manat, 8 ayda isə 328.3 milyon manat təşkil edib.

Son xəbərlər
Digər xəbərlər