9 C
Baku
Thursday, December 12, 2024

“Bank VTB (Azerbaijan)” qiymətli metalların satışını həyata keçirmək üçün lisenziya almaq niyyətindədir

“Özümüzü Azərbaycanda da sınamaq istəyirik”

“Bank VTB (Azerbaijan)” qiymətli metalların satışını həyata keçirmək üçün xüsusi razılıq (lisenziya) almaq niyyətindədir.

Bunu müsahibəsində bankın İdarə Heyətinin sədri Yuri Yakovlev deyib.

“Biz artıq qiymətli daşlarla işləmək üçün lisenziyanın alınması ilə bağlı Azərbaycan Mərkəzi Bankına və Maliyyə Nazirliyinə müraciət etmişik. Bu günlərdə lisenziyanın verilməsi gözlənilir. Müraciət etdiyimiz qurtumların reaksiyası çox müsbət idi. Bilirsiniz ki, “Bank VTB”nin öz qızıl ehtiyyatı var. Bununla yanaşı, bizim Moskvada qiymətli daşlarla işləyən bölməmiz var. Həmin bölmə Hindistana, ərəb ölkələrinə və digər bazarlara qiymətli daşlar satmaqla məşğuldur. Özümüzü Azərbaycanda da sınamaq istəyirik”, – deyə Y. Yakovlev bildirib.

Y. Yakovlevlə müsahibə qısa zaman ərzində saytımızda yerləşdiriləcək. Söhbət zamanı bankın İdarə Heyətinin sədri manatın devalvasiyasının bank sektoruna, o cümlədən rəhbərlik etdiyi banka təsirindən, devalvasiyaya qədər götürülən kreditlərin hansı məzənnə ilə ödənilməsi və s. maraqlı məqamlara toxunub.

APA

Son xəbərlər
Digər xəbərlər