Bu ilin yanvar-avqust ayında Azərbaycan 44.1 milyon ABŞ dolları dəyərində fındıq ləpəsi ixrac edib.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin sentyabr sayında bildirilir.
Məlumata görə, bu, ötən ilin eyni ayı ilə müqayisədə 15 milyon ABŞ dolları və yaxud 25.4% azdır.
2020-ci ilin yanvar-avqust aylarında isə Azərbaycandan xarici ölkələrə 59.1 milyon ABŞ dolları dəyərində fındıq ləpəsi ixrac olunub.