2 C
Baku
Saturday, December 14, 2024

Orta aylıq əmək haqqı 444,3 manata çatıb

2015-ci il fevralın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 511,4 min nəfər olmuş, onlardan 881,6 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 629,8 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərmişdir.

Banker.az Dövlət Statistika Komitəsinin mətbuat xidmətinə istinadən bildirir ki,2015-ci ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 444,4 manat olmuşdur. İqtisadiyyatın mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə orta aylıq nominal əmək haqqı daha yüksək olmuşdur.

Qeyd edək ki, 2014-cü ilin yanvar-dekabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 444,3 manat olmuşdur.

Son xəbərlər
Digər xəbərlər