“Azərbaycan Sənaye Korporasiyası” ASC-yə (ASK) məxsus “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC təşkilati-hüquqi formasını dəyişərək “Azərtütün” ASC-yə çevrildiyini elan edib.
Bu barədə qərar İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 28 sentyabr 2021-ci il tarixli sərəncamı ilə verilib.
Xatırladaq ki, “Azərtütün Aqrar Sənaye Kompleksi” 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 15 milyon 748,661 min manat, qanuni təmsilçisi isə Eldar Hüseyn oğlu Məmmədovdur.