usiya Federasiyasının Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə keçirdiyi müşavirədə MDB ölkələri sammiti ərəfəsində postsovet məkanındakı dövlətlərlə qarşılıqlı əlaqələr məsələsinin müzakirəsini təklif edib. Bu barədə RİA Novosti xəbər yayıb.
“Oktyabrın 15-də MDB ölkələrinin sammiti keçiriləcək. Bununla əlaqədar olaraq sizinlə danışmaq və tərəfdaşlarımız, postsovet məkanındakı müttəfiqlərimiz, Müstəqil Dövlətlər Birliyi ölkələri ilə qarşılıqlı əlaqələrin bəzi aspektlərini müzakirə etmək istədim”, – deyə Putin bildirib.
Qeyd edək ki, MDB ölkələrinin zirvə görüşü Minskdə baş tutacaq. Belarus Prezidenti Aleksandr Lukaşenko hələ sentyabr ayında bəyan etmişdi ki, Putin tədbirdə iştirak etməyi planlaşdırır.